...

Azərbaycanın xarici işlər naziri Ukrayna səfirinin etimadnaməsinin surətini qəbul edib

Siyasət Materials 25 Yanvar 2006 12:14 (UTC +04:00)

"Azərbaycan Ukrayna ilə münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verir". AR Xarici İşlər nazirliyinin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Stepan Volkoveskinin etimadnaməsinin surətini qəbul edərkən bəyan edib.

Nazir siyasi, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın inkişafı üçün mövcud potensialı xüsusi qeyd edib.

E.Məmmədyarov səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlar prosesi barədə məlumat verib.

Azərbaycanın XİN başçısı və ukraynalı diplomat arasında prezident Viktor Yuşenkonun ölkəmizə planlaşdırılan rəsmi səfərinə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə enerji daşıyıcılarının tranzit nəqli və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti