...

2007-ci ildə Azərbaycanda Avropa komissiyasının nümayəndəliyi açılacaq

Siyasət Materials 25 Yanvar 2006 13:10 (UTC +04:00)

Avropa Komissiyası 2007-ci ildə Azərbaycanda rəsmi nümayəndəliyini açmağı planlaşdırır. AR XİN-nin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə Avropa Birliyinin Azərbaycandakı xüsusi nümayəndəsi Alan Vaddams etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edərkən bildirib.

E.Məmmədyarov qeyd edib ki, AB-lə ikitərəfli münasibətlərin inkişafı və Avropa strukturlarına inteqrasiya Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. O, AB-nin "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

AB-nin xüsusi nümayəndəsi bəyan edib ki, Azərbaycanda Avropa Komissiyasının nümayəndəliyinin açılmasını özünün gələcək fəaliyyətinin prioriteti hesab edir və o, bu istiqamətdə əlindən gələni edəcək.

Xəbər lenti

Xəbər lenti