...

Daniel Frid: ABŞ Azərbaycanı təhlükəsiz, suveren, tərəqqi edən və demokratik dövlət kimi görmək istəyir

Siyasət Materials 25 Yanvar 2006 14:49 (UTC +04:00)

Birləşmiş Ştatlar Azərbaycanı təhlükəsiz, suveren, tərəqqi edən və demokratik dövlət kimi görmək istəyir. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid bəyan edib. Trend "AzərTAc"-a istinadən xəbər verir ki, Baltimor şəhərində Xarici İşlər Şurasında yerli icma başçıları qarşısında çıxış edən diplomat suallara cavabında ABŞ-ın Azərbaycan barədə siyasətini şərh edib.

O deyib ki, Amerika Azərbaycanda siyasi və iqtisadi islahatların sürətlənməsi, habelə Ermənistanla münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir, təhlükəsizlik sahəsində birgə işləyir. Daniel Frid vurğulayıb ki, Azərbaycan elə bir ölkə nümunəsidir ki, orada bizim ritorikamız və məqsədlərimiz ağır gerçəkliklə qarşılaşır. Bu ifadəsinə izahat verən Frid belə ölkələri yarı mərhələdə olan - nə zülmkar diktatura, nə də tam demokratiya olmayan ölkələr kimi qiymətləndirib.

Ölkəmizdə ötən il keçirilən parlament seçkilərindən danışan dövlət katibinin müavini demişdir ki, ekzit sorğuların və rəsmi mənbənin nəticələri, demək olar, üst-üstə düşüb. Bəzi dairlərdə qanun pozuntuları baş vermiş, digər dairələrdə isə nəticələr dürüst olub.

Dövlət Katibinin müavini çıxışında Balkanlar, Şərqi Avropa və Avrasiyada, həmçinin Yaxın Şərq və İranda ABŞ-Avropa əməkdaşlığına toxunub. O deyib ki, ABŞ-ın son 60 il ərzində Yaxın Şərqdə insan azadlıqlarını təhlükəsizlik üçün qurban verən siyasəti özünü doğrultmayıb.

Xəbər lenti

Xəbər lenti