...

Təkrar seçkidə iştirak edən namizədlərin sayı 55-ə çatıb

Siyasət Materials 25 Yanvar 2006 16:44 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkilərində iştirak edən namizədlərin sayı yanvarın 25-də 55 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Namizədliyi təsdiqlənən 55 nəfərdən 43 nəfəri artıq imza vərəqəlrini götürüb. Namizədlərdən siyasi mənsubiyyətinə görə 6 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP), ikisi Müsavat Partiyasının, biri Ədalət, biri Böyük Azərbaycan Partiyasının nümayəndəsi, qalanları isə bitərəfdir.

Xəbər lenti

Xəbər lenti