...

AQB havanın kəskin şəkildə dəyişməsi ilə bağlı olaraq toplantısını keçirə bilmir

Siyasət Materials 25 Yanvar 2006 16:48 (UTC +04:00)

Azərbaycançı Qüvvələr Bloku (AQB) növbəti toplantısını havanın kəskin şəkildə dəyişməsi ilə bağlı olaraq keçirə bilmir. Bu barədə Trend ə AQB-nin təsisçilərindən olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri bildirib.

AİP sədri onu da vurğulayıb ki, havalar düzəldikdən sonra toplantı keçirmək barədə qəti qərar qəbul ediləcək: "Həcc ziyarətindən sonra bir qədər xəstələnmişəm, həm də yollar buz bağladığından Nardarandan şəhərə gələ bilmirəm".

Onu da bildirək ki, AQB-nin sonuncu toplantısı dekabrın 28-də H.Nurinin Məkkə ziyarətindən bir neçə gün öncə keçirilib.

Vəhdət Partiyası ilə Azərbaycan Sosial Demokrat Partiyası AQB-ni tərk etdikdən sonra quruma Birlik Partiyası və Xalq Dirçəliş Partiyası daxil olub. H.Nuri bildirib ki, toplantıda blokun təkrar seçkilərdə iştirak etməsi məsələsi müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti