...

Rauf Arifoğlu: "Təkrar seçki ilə bağlı Müsavat Partiyasının mövqeyindən fərqli qərar verməyi düşünmürəm"

Siyasət Materials 26 Yanvar 2006 12:21 (UTC +04:00)

"Təkrar parlament seçkisində iştirakla bağlı Müsavat Partiyası hansı qərarı versə ona uyğun addım atacam. Partiyanın mövqeyindən fərqli qərar verməyi düşünmürəm". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası başqanının müavini Rauf Arifoğlu bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının Ali Məclisinin fevralın 4-də keçiriləcək

iclasında təkrar seçkilərdə iştirak edib-etməmək barədə qərar çıxarılacaq. Rauf Arifoğlunun sözlərinə görə, onun təkrar seçkidə namizədliyini irəli sürüb-sürməməsi də bu qərardan asılı olacaq.

R.Arifoğlu onu da deyib ki, ötən ilki 6 noyabr parlament seçkilərinin nəticələrinə etiraz olaraq Bakının kəndlərində keçirilmiş seçicilərin aksiyaları davam etdirilməyəcək. Qeyd edək ki, Bakının bir neçə kənd və qəsəbəsini əhatə edən 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş Rauf Arifoğlunun seçiciləri bir neçə dəfə etiraz aksiyaları keçirib. R.Arifoğlu bildirib ki, yenidən aksiyalara başlanması məsələsi ümumiyyətlə gündəmdə deyil.

Xəbər lenti

Xəbər lenti