...

Səməd Seyidov: "Azərbaycanın AŞ PA-dakı parlament nümayəndə heyətinin mandatı heç bir şərt qoyulmadan təsdiqlənib"

Siyasət Materials 26 Yanvar 2006 13:53 (UTC +04:00)

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı parlament nümayəndə heyətinin mandatı heç bir şərt qoyulmadan təsdiqlənib. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın AŞ PA-dakı parlament missiyasının rəhbəri Səməd Seyidov Strasburqdan bildirib.

Missiyanın mandatının yalnız iyun ayına qədər təsdiqlənməsi haqqında bəzi məlumatları şərh edən S.Seyidov qeyd edib ki, assambleyanın monitorinq komitəsinin iclasından sonra mandatla bağlı məsələ sessiyada səsə qoyulub. "Azərbaycan nümayəndə heyətinin mandatı böyük səs çoxluğu ilə təsdiqlənib və heç bir şərt qoyulmayıb" - deyə S.Seyidov qeyd edib. Bununla yanaşı qəbul olunmuş qətnamədə deyilir: "Azərbaycan demokratik islahatlara böyük diqqət ayırmalı, may ayına nəzərdə tutulmuş təkrar seçkiləri yüksək səviyyədə keçirməlidir və s.".

S.Seyidov bildirib ki, lord Rassel Consonun Dağlıq Qarabağ münaqişəsinə dair məruzəsi artıq AŞ-nin hesabatlarına daxil edilib və AŞ PA-nın qış sessiyasında onun dinlənilməsi gözlənilmir.

Xəbər lenti

Xəbər lenti