...

AB-nin Cənubi Qafqaz ölkələri üzrə yeni xüsusi nümayəndəsinin adı gələn həftənin əvvəlində məlum olacaq

Siyasət Materials 26 Yanvar 2006 14:38 (UTC +04:00)
AB-nin Cənubi Qafqaz ölkələri üzrə yeni xüsusi nümayəndəsinin adı gələn həftənin əvvəlində məlum olacaq

"Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə yeni xüsusi nümayəndəsinin adı gələn həftənin əvvəlində məlum olacaq". Trend in xəbər verdiyi kimi, bu barədə AB-nin Cənubi Qafqaz üzrə missiyasını başa vuran xüsusi nümayəndəsi Heyki Talvitiye yanvarın 26-da Bakıda AR XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra bildirib.

"Bir sıra prosedur məsələləri həll etmək lazımdır, qərar yalnız bundan sonra qəbul olunacaq. Lakin deyə bilərəm ki, söhbət 5 nəfərin namizədliyindən gedir" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti