...

Əli Əliyev: "Möhürü qaytarmasalar, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik"

Siyasət Materials 27 Yanvar 2006 12:31 (UTC +04:00)

"Etibar Məmmədov partiyanın möhürünü bizə qaytarmasa, hüquq-mühafizə orqanlarına müraciət etməli olacağıq". Bu barədə Trend ə AMİP sədri Əli Əliyev bildirib.

Ə.Əliyev onu da bildirib ki, yanvarın 22-də Azərbaycan Demokrat Partiyasının akt zalında keçirdikləri qurultayın sənədlərini bu gün Ədliyyə Nazirliyinə müraciət edəcək: "Nazirliyə verəcəyimiz sənədlərdə yalnız nizamnaməyə dəyişikliklər edilib. Nazirlik sənədlərimizi qəbul etdikdən sonra digər tərəfdə qalan möhürümüzün bir dublikatını onlardan almağa cəhd göstərəcəyik. Verməsələr, qanun çərçivəsində hərəkət edəcəyik".

Partiya sədri onu da vurğulayıb ki, hələlik Bədəlbəyli 69 ünvanda fəaliyyət göstərirlər. Ancaq yeni qərargah axatrışındadırlar: "Bununla bağlı müxtəlif instansiyalara müraciətlər etmişik".

Xəbər lenti

Xəbər lenti