...

Nardaran qəsəbəsinin sakinləri icazəsiz aksiya keçirib

Siyasət Materials 27 Yanvar 2006 15:03 (UTC +04:00)
Nardaran qəsəbəsinin sakinləri icazəsiz aksiya keçirib

Yanvarın 27-də saat 14.00-da Nardaran qəsəbəsində sakinlər icazəsiz aksiya keçirillər. Trend məlumat verir ki, təqribən 200 nəfərin iştirak etdiyi aksiyada, yanvarın 25-də qəsəbə ərazisində baş vermiş atışma ilə əlaqədar həbs olunan bir neçə nəfər kənd sakinlərinin azadlığa buraxılması tələb olunub. Aksiyada çıxış edən kənd sakinləri bildiriblər ki, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Həsən Əzimov və İlham Quliyevin heç bir günahı yoxdur. Həmin şəxslər hadisə zamanı hadisə yerindən təsadüfən keçərkən polis əməkdaşları tərəfindən açılan gülləyə tuş gəliblər.

Aksiya iştirakçıları, həmçinin, barəsində axtarış elan edilmiş Hənifə Quliyevin də üzərindən həbsli axtarış qərarının da götürülməsini tələb ediblər. Aksiya iştirakçıları qərar qəbul ediblər ki, əgər tələbləri yerinə yetrilməsə, gələn həftənin beşinci günü saat 14.00-də təkrar aksiya keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti