...

Heydər Əliyev Fondu 2006-cı ildə öz fəaliyyətini daha da genişləndirəcək

Siyasət Materials 28 Yanvar 2006 15:13 (UTC +04:00)

Heydər Əliyev Fondunda ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib, Tədbirdə görülən işlərə yekun vurulub.

Trend in məlumatına görə, Fondun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri, Azərbaycan Milli Məclisinin deputatı Mehriban Əliyeva görüş iştirakçılarına Fondun ölkədə həyata keçirilən və əhalinin, eləcə də, dövlətin xüsusi qayğısına və müdafiəsinə ehtiyacı olan şəxslərin sosial problemlərinin həllinə yönələn irimiqyaslı layihələrinin reallaşdırılmasından, həmçinin, mədəniyyət, ekologiya, təhsil, səhiyyənin və s. sahələrin problemlərinin həllindən danışıb.

M.Əliyevanın sözlərinə görə, Fondun prioritetləri cəmiyyəti daha çox narahat edən problemlərin aşkara çıxarılması, onların həllinə kömək göstərilməsi, uğurlu nəticələrin əldə edilməsidir. Fondun fəaliyyətinin qısa dövrü ərzində təhsil və səhiyyə sahəsində "Yeniləşmiş Azərbaycan - yeni məktəblər", "Talassemiyasız həyat", "Uşaq evlərinin və internatların inkişafı" kimi bir sıra layihə və proqramlar həyata keçsirilib.

M.Əliyeva Fondun əməkdaşlığın beynəlxalq səviyyəsinə daxil olmasını qurumun fəaliyyətinin digər uğurlu aspektlərindən biri hesab edib. Ötən il Fond kor və görmə qabiliyyəti zəif olan şəxslərin informasiya texnlogiyalarından istifadəsi proqramı çərçivəsində BMT ilə əməkdaşlığa başlayıb.

Fondun icraçı direktoru Anar Ələkbərov görüş iştirakçılarını təhsil sahəsində reallaşdırılan layihələr barədə məlumatlandırıb və "Yeniləşən Azərbaycan-yeni məktəblər" layihəsi çərçivəsində artıq Azərbaycanın ayrı-ayrı rayonlarında və kəndlərində 132 məktəbin tikildiyini, ikinci mərhələdə daha 100 məktəbin tikilməsinin planlaşdırıldığını bildirib.

"Uşaq evlərinin və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində Bakıda və ölkənin regionlarında bütün internat məktəblər təmir olunub və təchiz olunub.

Fondun icraçı direktoru, həmçinin, "Qarabağ barədə həqiqətlər" toplusunun, "Qarabağ xanəndələri" musiqi albomunun nəşr olunması, regionla müzeylərin və s. yaradılması barədə layihələrdən danışıb.

Qeyd olunub ki, Fondun rəhbərliyi bu fəaliyyəti 2006-cı ildə də davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti