...

Hacı Məmmədov və onun başçılıq etdiyi dəstə tərəfindən törədilməsinə cəhd göstərilmiş daha iki cinayətin üstü açılıb

Siyasət Materials 28 Yanvar 2006 15:15 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədov və onun başçılıq etdiyi dəstə tərəfindən törədilməsinə cəhd göstərilmiş daha iki cinayətin üstü açılıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Təhlükəsilik Nazirliyinin (MTN) və Respublika Baş Prokurorluğunun yaydığı birgə məlumatda bildirilib.

MTN İstintaq İdarəsi tərəfindən aparılan istintaq yolu ilə müəyyən edilib ki, Hacı Məmmədovun başçılıq etdiyi dəstə üzvləri Nizami Abdullayev, Fərhad Məmmədbəyov, Ruslan Ukuşev, Musa Dabuyev və istinqtaqa məlum olmayan daha 4 nəfər çeçen milliyyətinə mənsub şəxs 21 oktyabr 1998-ci il tarixdə "Baku İnternational" firmasına məxsus və içərisində 200 min ABŞ dolları olan maşına silahlı basqın ediblər. Nəticədə polis əməkdaşı Arzu Əhmədov güllə yarası alıb. Hadisə yerinə çoxsaylı insanların yığışması nəticəsində cinayətkarlar niyyətlərini həyata keçirə bilməyiblər.

İstintaq yolu ilə dəstə üzvlərinin 2002-ci ilin sonlarında

Azərbaycan Beynəxlaq Bankın mərkəzi ofisinin müdiri Anar Sultanovu tamah məqsədilə oğurlamağa cəhd göstərmələri də üzə çıxıb. Hacı Məmmədov həmin cinayət planını həyata keçirmək üçün dəstənin fəal üzvləri Musa Dabufevi, Aslambek Çintamirovu, Nizami Abdullayevi, Eldar Rəhimovu və Nailə Quliyevanı bu işə cəlb edib.

Lakin banda üzvləri öz iradələrindən asılı olmayaraq cinayətkar niyyətlərinir həyata keçirə bilməyiblər.

İşin bütün hallarının araşdırılması və digər cinayət faktlarının aşkarlanması üzrə istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti