...

Ayaz Rüstəmov: "Təkrar seçkilərə qatılmaq lazımdır"

Siyasət Materials 30 Yanvar 2006 13:45 (UTC +04:00)

2006-ci il mayın 13-də keçiriləcək təkrar seçkilərdə iştirak etməklə bağlı partiyanın Mərkəzi Şurasının toplantısında qərar veriləcək. Bu barədə Trend ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov onu da bildirib ki, AMİP parlament seçkilərinin qeyri-demokratik keçirildiyi ilə bağlı qərar verib, lakin bu o demək deyil ki, ümumiyyətlə seçkilərdə iştirak etmək lazım deyil: "Bu məsələ partiyanın Mərkəzi Şurasında müzakirə ediləcək".

AMİP sədrinin əvəzi təkrara seçkilərdə iştirakla bağlı şəxsi mövqeyini də açıqlayıb: "Partiya yaranıbsa bütün seçkilərə qatılmalıdır. Mən təkrar seçkilərdə iştirakın tərəfdarıyam. Ancaq bu məsələ ilə bağlı partiyanın istənilən qərarına hörmətlə yanaşılmalıdır".

Xəbər lenti

Xəbər lenti