...

AMİP "Yeni Siyasət" seçki blokundan çıxacaq

Siyasət Materials 30 Yanvar 2006 14:14 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokundan çıxmaq barədə düşünürük". Bu barədə Trend ə Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) rəhbərlik edən Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, partiyanın Mərkəzi Şurasının fevralda planlaşdırdığı toplantısında bu məsələ müzakirəyə çıxarılacaq: "Yeni Siyasət" seçki bloku parlament seçkilərində fəaliyyətini düzgün qurmamışdı. Elə o zamandan bu bloku tərk etmək barədə düşünmüşdük. Lakin seçkilər və seçkilərdən sonrakı vəziyyət bu barədə addım atmağımızı bir qədər gecikdirdi".

Ə.Əliyev onu da bildirib ki, AMİP hüquqi baxımdan adıçəkilən seçki bloku ilə əlaqələrini kəsəcək. Ancaq lazım gələrsə əməkdaşlıqlarını qoruyub saxlayacaqlar.

Xəbər lenti

Xəbər lenti