...

Azərbaycanın neftinin bazarı: həftənin yekunları

Siyasət Materials 30 Yanvar 2006 15:09 (UTC +04:00)
Azərbaycanın neftinin bazarı: həftənin yekunları

23-27 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanına satdığı URAL (EX-NOVO) neftinin orta hesabla qiyməti $58,39/bar. təşkil edib ki, bu da 16-20 yanvar həftəsində olan orta qiymətdən $0,76/bar. azdır.

Trend bildirir ki, URAL neftinin bir barelinin maksimal qiyməti 23-27 yanvar həftəsində $59,65 (23 yanvar) təşkil edib ki, bu da ötən həftə, yanvarın 20-də neftin bu növünə müəyyən edilmiş son qiymət olan $3,81/bar.-dən çoxdur. URAL neftinin bir barelinin minimal qiyməti isə 23-27 yanvar həftəsində $57,21 (26 yanvar) təşkil edib ki, bu da na yanvarın 16-da neftin bu növünə müəyyən edilmiş son qiymət olan $0,30/bar.-dən çoxdur.

Brent (DTD) neftinin orta hesabla qiyməti 23-27 yanvar həftəsində $63,77/bar. təşkil edib ki, bu da 16-20 yanvar həftəsində olan orta qiymətdən $0,85/bar. çoxdur. Ötən həftə Brent neftinin maksimal qiyməti $64,80 (27 yanvar) təşkil edib ki, bu da ötən həftə yanvarın 20-də neftin bu növünə müəyyən edilmiş son qiymətdən $0,50/bar. azdır, Brent neftinin minimal qiyməti isə 23-27 yanvar həftəsində $62,61 (25 yanvar) təşkil edib ki, bu da ötən həftə, yanvarın 19-da neftin bu növünə müəyyən edilmiş minimal qiymətdən $2,18/bar. çoxdur.

Ötən həftə URAL (EX-NOIO) neftinin bir barelinin orta hesabla qiyməti Brent-ə nisbətən bir barel üçün $5,38/bar. ucuz satılıb ki, bu da 16-20 yanvar həftəsində olan orta göstəricidən $1,61/bar. çoxdur.

URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün tərkibi - 1,3% təşkil edir, amma neftin bu növünün satışında onun tərkibində keyfiyyətli neftin az və ya çox olma üstünlüyündən asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD-nin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün tərkibi - 0,36% təşkil edir.

Ötən həftə AR DNŞ 2006-cı ildə Novorossiysk limanından FOB şərtilə 140 min ton Urals neftinin satışı üçün tenderi bağlı elan edib. Tenderin qalibi Taurus Petroleum treyderi olub. Neft partiyasının Novorossiysk terminalının 1 saylı körpüsündən yüklənməsi 23-24 fevrala gözlənilir. 2005-ci ildə AR DNŞ Novorossiysk limanından 2004-cü ildə 2,559 mln.tona qarşı 1,631 mln. tonn neft yükləyib. 2005-ci ilin dekabrında Novorossiyskdən neft yüklənməsi 86,5 min ton təşkil edib. 2005-ci ildə şirkətlər arasında Glencore treyderi AR DNŞ-dən daha çox Novorossiyskdən - 557 min ton neft alıb, ikinci yerdə isə LUKOIL - 464 min ton qərar tutur. 2006-cı ilin əvvəlindən AR DNŞ-dən neft partiyasını aşağıdakı şirkətlər alıb:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton).

Xəbər lenti

Xəbər lenti