...

Ramil Usubov: "Ötən il adamları girovgötürmə və banditizm cinayətlərinin hamısının üstü açılmışdır"

Siyasət Materials 30 Yanvar 2006 15:44 (UTC +04:00)

Ötən il adamları girovgötürmə və banditizm cinayətlərinin hamısının üstü açılmışdır. Trend məlumat verir ki, bu sözləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində keçirilən ötən ilin yekunlarına dair kollegiya iclasında daxili işlər naziri Ramil Usubov deyib.

"2004-cü ilə nisbətən ötən il şəxsiyyət əleyhinə olan cinayətlərin, o cümlədən qəsdən adam öldürmələrin açılması sahəsində də irəliləyişlər olub. Hesabat dövrundə 17.243 cinayət qeydə alınmışdır. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 206 fakt olmuşdur ki, bu da MDB məkanında ən yaxşı göstəricilərdən biridir", - deyə nazir çıxışında qeyd edib.

R.Usubovun sözlərinə görə, cinayətlərin strukturlarında qəsdən adam öldürmələr 4,5, quldurluqlar 3,5, hədə-qorxu ilə tələb etmələr 21,3 faiz azalmışdır. Bununla belə, cinayətlərin bəzi növləri, o cümlədən böyük ictimai təhlükə törətməyən döymə hadisələri, oğurluqlar artmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi və insan alveri ilə əlaqədar daha çox cinayət aşkar edilmişdir. Hesabat ilində daxili işlər və prokurorluq orqanlarında istintaq edilən cinayətlərin 92,3-nin açılması təmin edilmişdir.

Nazir bildirib ki, qanunsuz saxlanılan 1336 odlu silah və 143 minə yaxın patron götürülmüşdür. Ötən il odlu silahla törədilən cinayətlərin sayı 5,9%, ictimai yerlərdə, o cümlədən küçələrdə təqribən 5 % azalmışdır.

"İnsan alveri cinayətlərinə qarşı mübarizə hesabat ilində də məqsədyönlü şəkildə davam etdirilərək 159 cinayət faktı aşkar edilmiş, həmin cinayətlərə görə 153 nəfər məsuliyyətə cəlb olunmuşdur. İnsan alveri qurbanlarını qazanc məqsədilə əzlaqazidd əməllərə sövq edən 13 mütəşəkkil cinayətkar qrup ifşa olunmuş, habelə həmin cinayətlərin qurbanı olmuş 231 nəfər müəyyən edilmişdir, - deyə nazir söyləyib.

Xəbər lenti

Xəbər lenti