...

Polşanın iqtisadiyyat naziri Pyotr Vojnyakın Azərbaycana səfəri apreldən tez olmayacaq

Siyasət Materials 30 Yanvar 2006 16:58 (UTC +04:00)

Polşanın iqtisadiyyat naziri Pyotr Vojnyakın Azərbaycana səfəri apreldən tez olmayacaq. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voyçex Quretski bildirib.

Onun sözlərinə görə, öncə onun səfəri yanvarın sonu və fevralın əvvəlinə planlaşdırılmışdı. Amma nazirin gərgin iş qrafiki ilə bağlı olaraq səfər bir müddətə təxirə salınıb. Diplomat qeyd edib ki, səfər bu ilin yazında baş tutacaq.

Xatırladaq ki, qarşıdakı səfər zamanı Azərbaycan tərəfi ilə iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi planlaşdırılır. Qarşıdakı danışıqların diqqət mərkəzində həm də Azərbaycan neftinin alınması məsələsi olacaq. Nazir Azərbaycan tərəfi ilə məsələni ətraflı müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti