...

Mədət Quliyev: "Bakıda keçiriləcək beynəlxalq tədbirdə 30-dan artıq ölkənin 55-ə yaxın nümayəndəsi iştirak edəcək"

Siyasət Materials 30 Yanvar 2006 19:43 (UTC +04:00)

Fevralın 1-2-də terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilmçəsi məqsədilə Bakıda təşkil olunmuş tədbirdə 30-dan ölkənin 55-ə yaxın nümayəndəsi iştirak edəcək. Bu barədə Trend ə İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəisi Mədət Quliyev məlumat verib.

"Fevralın 2-də İnterpolun İcraiyyə Komitəsinin toplantısının keçirilməsi ilə əlaqədar olaraq İnterpolun baş katibi Ronald Nobl Bakıda keçiriləcək tədbirə qatıla bilməyəcək. İnterpolun Baş Katibliyin polis xidmətlərinin icraçı direktoru isə artıq Bakıdadır və Baş Katibliyin nümayəndəsi kimi o, məruzə ilə çıxış edəcək. Tədbiri giriş-məruzə ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov açacaq, sonra isə tədbirliyə sədrlik etmək mənə həvalə olunacaq ", - deyə M.Quliyev bildirib.

Mədət Quliyevin sözlərinə görə, tədbir fevralın 1-də saat 09.30-da "Park-İnn" otelində öz işina başlayacaq.

Xəbər lenti

Xəbər lenti