...

Azərbaycanı prezidentinin fərmanları ilə iki Nazirlik yenidən təşkil olundu

Siyasət Materials 30 Yanvar 2006 20:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 30-da bəzi Nazirliklərin yenidən təşkil olunması barədə fərman imzalayıb. Trend in verdiyi xəbərdə bildirilir ki, mənədə görə, iki Nazirlik- mədəniyyət, eləcə də, gənclər, idman və turizm Nazirlikləri ləğv edilir. Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirlikləri yaradılıb. Gənclər, İdman və Turizm Nazirliyinin əsasında isə Gənclər və İdman Nazirliyi yaradılıb.

Ölkənin Nazirlər Kabinetinə bir ay ərzində Gənclər və İdman Nazirliyinin, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin əsasnamələrini təsdiq olunmaq üçün dövlət başçısına təqdim edilməsi tapşırılıb. Bundan əlavə, Nazirliklərin əməkdaşları aparatının strukturu və sayı barədə təkliflər də təqdim olunmalıdır. Eyni zamanda, qüvvədə olan qanunvericlik aktlarının və fərmanların uyğunlaşdırılması barədə təkliflər də prezidentə təqdim olunmalıdır

Prezidentin digər sərəncamı ilə Əbülfəz Qarayev gənclər, idman və turizm naziri vəzifəsindən azad edilərək mədəniyyət və turizm naziri təyin edilib.

Xəbər lenti

Xəbər lenti