...

Təhsil Nazirliyi valideynlərə öz uşaqlarının taleyinin Rusiya, Ukrayna və Gürcüstan ali məktəblərinin şübhəli filiallarına etibar etməsinlər

Siyasət Materials 31 Yanvar 2006 17:41 (UTC +04:00)
Təhsil Nazirliyi valideynlərə öz uşaqlarının taleyinin Rusiya, Ukrayna və Gürcüstan ali məktəblərinin şübhəli filiallarına etibar etməsinlər

Azərbaycanın təhsil naziri Misir Mərdanov valideynləri öz uşaqlarının taleyini diplomları Nazirlik tərəfindən tanınmayan Rusiya, Ukrayna və Gürcüstanın ali məktəblərinin şübhəli filiallarına etibar etməsinlər. Trend in məlumatına görə, nazir bu barədə yanvarın 31-də tematik mətbuat konfransında çıxış edərkən bildirib.

Nrazirin sözlərinə görə, Azərbaycan vətəndaşı üçün diplom almağın ən əlverişli yolu yerli ali məktəblərdir və "biz öz təhsilimizi və diplomlarımızı qiymətləndirməyi bacarmalıyıq", - deyə o bildirib. Nazirin sözlərinə görə, Azərbaycanın 1997-ci ildən qoşulduğu "Avropa regionunda ali təhsil barədə ixtisasların tanınması üzrə Lissabon konvensiyasına" görə, Təhsil Nazirliyinin xüsusi komissiyası hər il aoi məktəblərin diplomlarının tanınması barədə müraciətlərə baxır. Belə ki, komissiyaya daxil olan 600 ərizədən bu günə kimi cəmi 215-nə müsbət baxılıb. Nazirlik Türkiyənin ali məktəbinin 112, Rusiyanın 54, Gürcüstanın 16, ABŞ-ın 10, Misirin 8 diplomunu tanıyıb.

M.Mərdanovun sözlərinə görə, Nazirlik dəfələrlə məktəblərdə satılan saxta diplomlar satan şəxsləri aşkarlayıb ki, nəticədə onların hamısı işdən qovulub. Ölkənin Təhsil Nazirliyi bu faktlarla bağlı hüquq-mühafizə orqanlarına müracitə etməyə hazırlaşır.

Nazir digər mühüm problemin Azərbaycanın ali məktəb diplomlarının xarici ölkələrdə tanınmasından ibarət olduğunu adlandırıb. Nazirlik bu istiqamətdə Boloniya prosesinin prinsipləri - ali məktəblərin akkreditasiyası, ali məktəblərin krelit sisteminə keçidi və s. üzrə ciddi işlər aparır.

Xəbər lenti

Xəbər lenti