...

Cənubi Qafqaz regionunda məhkəmə-hüquq islahatlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Siyasət Materials 31 Yanvar 2006 17:44 (UTC +04:00)

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin Almaniya Federativ Respublikasına səfəri çərçivəsində Cənubi Qafqaz regionunda məhkəmə-hüquq islahatlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Trend xəbər verir ki, bu barədə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Ramiz Rzayev "Cənubi Qafqazda məhkəmə və hüquq islahatları" layihəsi çərçivəsində baş tutmuş səfər çərçivəsində Federal Kanslerin dəftərxanası, Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi, Heydelberq Torpaq Məhkəməsi, Federal Ədliyyə Nazirliyi, Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və bir çox qurumlarda keçirilən görüşlərdə iştirak edib.

Görüşlərdə Almaniya hüquq sistemi çərçivəsində Almaniya Federal Konstitusiya Məhkəməsi ilə Federal Ali Məhkəməsi arasında qanunvericiliklə müəyyən olunmuş vəzifələr, müasir ədliyyə və ədliyyə işinin səmərəliliyinin artırılması üçün Almaniyada islahatların keçirilməsi, cinayət prosesinin istintaqı çərçivəsində aşkarlığın təmin olunması ətrafında müzakirələr aparılıb.

Həmçinin, məhkəmə hakimlərinin müstəqilliyi, məhkəmə islahatlarının keçirilməsinin iqtisadiyyatın inkişafına təsiri, Almaniya tərəfindən Cənubi Qafqazda tpansformasiya prosesinin təcrübəsi, gələcəkdə bu prosesin həyata keçirilməsi və möhkəmləndirilməsi məqsədilə təkliflərin hazırlanması, hakimlərin təkmilləşdirilməsi və digər məsələlərə dair məsələlər də müzakirə obyekti olub.

Xəbər lenti

Xəbər lenti