...

Fevralın 8-9-da Bakıda Azərbaycanın Milli yerli hakimiyyətlər assosiasiyasının yaradılması üzrə işçi qrupunun ikinci iclası keçiriləcək

Siyasət Materials 31 Yanvar 2006 17:58 (UTC +04:00)

Fevralın 8-də Bakıda Azərbaycanın Milli bələdiyyələr assosiasiyasının (AMBA) yaradılması üzrə işçi qrupunun ikinci iclası öz işinə başlayacaq. Trend Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresinin katibliyinə istinadən bildirir ki, qrupun üzvləri iki gün ərzində MBA-nın yaradılması layihəsinin gerçəkləşdirilməsi məsələlərini müzakirə edəcək.

İşçi qrupunun 2005-ci ilin dekabrın 8-9-da Bakıda keçirilmiş ilk iclasında Azərbaycanın ədliyyə nazirliyi, bir sıra bələdiyyələrin nümayəndələri, o cümlədən Konqresin ekspertləri iştirak edib.

AMBA 2007-ci ilin sonunadək Norveç hökumətinin birbaşa dəstəyi, Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresinin iştirakı ilə yaradılacaq. Qeyd edək ki, Azərbaycan Avropa Şurasının yerli və regional hakimiyyətlər Konqresində 6 nümayəndə ilə təmsil olunub.

Xəbər lenti

Xəbər lenti