...

Əli Kərimli: "Müsavat Partiyasının təkrar seçkidə iştirakı "Azadlıq" blokunda ciddi qərarlar verilməsinə gətirib çıxaracaq"

Siyasət Materials 31 Yanvar 2006 18:02 (UTC +04:00)

"Əgər Müsavat Partiyası təkrar seçkidə iştirak etmək barədə qərar çıxarsa, bu, ciddi situasiya yaradacaq və "Azadlıq" bloku daxilində ciddi qərarlar verilməsinə gətirib çıxaracaq". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində "Azadlıq" blokunun həmsədri Əli Kərimli deyib. O, bildirib ki, bloka daxil olan partiyalar seçkilərə müttəfiq kimi qoşulduqları üçün bir-birilərinin qarşısında mənəvi öhdəlikləri var. "Azadlıq" blokunun seçkidəki qələbəsində blokdakı hər bir partiyanın rolu var, çünki biz bərabər əsaslarla vahid namizədlər müəyyənləşdirdik. Deməli, seçici kimi də müəyyən hüquqlara malikik. Ona görə də müttəfiqlərimiz qərar verərkən bizim mövqelərimizi nəzərə almalıdırlar"-deyə Əli Kərimli vurğulayıb.

"Azadlıq" blokunun AMİP-lə münasibətlərinə də toxunan Əli Kərimli deyib ki, bu fərqli münasibət Etibar Məmmədovun və Əli Əliyevin öz seçimidir. Yəni, E.Məmmədov "Azadlıq" bloku ilə bir yerdə olmamağa qərar verdi, Ə.Əliyev isə bu blokla eyni prinsipləri və onun mövqeyini müdafiə etdi.

Xəbər lenti

Xəbər lenti