...

Müxalifətin Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı danışıqlar aparılır

Siyasət Materials 1 Mart 2006 11:20 (UTC +04:00)

Müxalifətin Koordinasiya Mərkəzinin yaradılması ilə bağlı bir sıra partiyalar arasında danışıqlar davam edir. Bu barədə Trend ə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

İ.Ağazadə qeyd edib ki, parlamentin yaz sessiyası fəaliyyətə başlayandan sonra bu proses daha da sürətləndiriləcək. Prosesdə bir sıra partiyaların iştirak etdiyini deyən millət vəkili hələlik onların adlarının açıqlanmasını vacib hesab etməyib. İ.Ağazadə bildirib ki, danışıqlarda iştirak edən partiyalar müxalifət arasında koordinasiya olunmasının tərəfdarıdır: "Amma bloklaşma hələ tezdir. Çünki blokun yaranması prezident seçkilərində digər namizədlərin ortaya çıxmasına və parçalanmaya səbəb ola bilər".

Qeyd edək ki, Müxalifətin Koordinasiya Mərkəzinin yaradılması prosesində Müsavat Partiyası da iştirak edir. Millət vəkili bildirib ki, yaxın vaxtlarda danışıqların nəticəsi açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti