...

Əli Əhmədov: "YAP Avropanın ictimai-siyasi həyatında böyük rol oynayan partiyalarla əlaqlərini genişləndirəcək"

Siyasət Materials 1 Mart 2006 11:28 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Avropanın ictimai-siyasi həyatında böyük rol oynayan partiyalarla əlaqlərini genişləndirmək istiqamətində iş aparır. Bu barədə Trend ə Yeni Azərbaycan Partiyası sədrinin müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.

Dünyada qloballaşma prosesinin getdiyini deyən Ə.Əhmədov ayrı-ayrı ölkələrin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan partiyaların da beynəlxalq əlaqələrinin genişlənməsinə çox ciddi ehtiyacın yarandığını söyləyib: "Biz bu ehtiyacı duyuruq və buna uyğun şəkildə də partiyamızın xaricdə əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətimizi gücləndirməyə çalışırıq".

YAP-ın Türkiyə, Gürcüstan, Ukrayna və Rusiyanın ictimai-siyasi həyatında böyük rolu olan partiyalarla əlaqə və münasibətlərinin olduğunu bildirən Ə.Əhmədov deyib: "Avropada çəkisi olan partiyalarla da əlaqlərimizi qurmağa çalışırıq. Məqsədimiz YAP-ın ideyasını, atdığı addımlarının mahiyyətini və məntiqini bu partiyalara da çatdırmaqdır. Belə əlaqələr dövlətlərarası münasibətlərin inkişafına da təkan verir".

Xəbər lenti

Xəbər lenti