...

"Azadlıq" blokunun Məclisi və fəaliyyət planı təsdiqlənib

Siyasət Materials 1 Mart 2006 15:28 (UTC +04:00)

Martın 1-də "Azadlıq" siyasi blokunun liderlərinin toplantısı keçirilib. Trend in məlmatına görə, iclasdan sonra blokun həmsədrləri Lalə Şovkət və Sərdar Cəlaloqlu mətbuat konfransı keçiriblər.

Lalə Şovkət bildirib ki, iclasda "Azadlıq" blokunun fəaliyyət proqrammı müzakirə edilib, qurumda təmsil olounan 4 siyasi partiyanın hər birinin təkliflərinə baxılıb, blokun məclisi formalaşdırılıb. Hər dörd partiyanıın təqdim etdiyi 25 nəfərlik siyahı təsdiqlənib. Həmçinin "Azadlıq" siyasi blookunun fəaliyyət planı təsdiq edilib. Qərarar alınıb ki, Məclisin ilk iclası martın 18-də keçirilsin.

Bundan sonra blokun martın 28-də Azərbaycanın neft fondu, neft gəlirlərinə ictimai nəzərətin artırılması mövzusuna həsr olunmuş konfransı keçiriləcək. Lalə Şovkət qeyd edib ki, "Azadlıq" blokunda elm və təhsil, sosial iqtisadiyyat, Qarabağ, hüquq, mədəniyyəit,etika, səhiyyə komissiyaları fəaliyyət göstərəcək, bu komissi1yalar Azərbaycan qanunlarının ekspertizasını aparacaq, müavfiq təklif və konsepsiyalar hazrılayacaqlar.

Sərdar Cəəlaloqlu bildirib ki, Azərbaycanda ilk dəfə olaraq partiya maraqlarından üstün tutulan, konkret fəaliyyət istiqamətləri olan siyasi blok yaradılıb. Onun sözlərinə görə, blokun hazırda qarşıdakı seçkilərdə iştirakı məsələsi gündəmdə deyil, amma siyasi situasiyada zərurət yaranarsa, gələcəkdə "Azadlıq" seçki bloku kimi də fəaliyyət göstərə bilər.

Xəbər lenti

Xəbər lenti