...

Azərbaycan prezidenti Tər-Tər rayonuna səfər edib

Siyasət Materials 1 Mart 2006 16:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev martın 1-də cəbhə xəttində yerləşən Tər-Tər rayonuna səfər edib. Bu barədə Trend ANS itelekanalına istinadən xəbər verir. Dövlət başçısı, həmçinni, hərbi qulluqçularla görüşüb, hərbi texnikanın vəziyyəti ilə maraqlanıb.

Daha sonra prezident rayonun mərkəzi prospektində eks-prezident Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirak edib. Rayon sakinləri qarşısında çıxış edən dövlət başçısı bəyan edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün müxtəlif variantlara əl ata bilər. Hazırda diplomatik yollara üstünlük verilir, lakin danışıqların nəticələrindən asılı olaraq hərbi variant də həyata keçirilə bilər", - deyə İ.Əliyev qeyd edib. Onun sözlərinə görə, münaqişə yalnız ölkənin ərazi bütövlüyü əsasında nizama salına bilər.

Ağdam, Tət-Tər və Bərdə kimi cəbhə xəttində yerləşən rayonlara səfərlə bağlı məsələyə toxunaraq İ.Əliyev bildirib ki, bu ərazilər tarixən Azərbaycanın olub və Azərbaycanın olaraq da qalacaq. Bu səfər bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və əgər lazım gələrsə, sülh danışıqları davam etdiriləcək. Dövlət başçısı, həmçinin, münaqişənin nizama salınmasında müəyyən irəliləyişlər çərçivəsində sülhməramlı qüvvələrin regionda yerləşdirilməsinin mümkünlüyünü istisna etməyib.

Prezidentin Bərdəyə səfər proqramında onun H.Əliyevin abidə və muzeyinin açılışında, regional diaqnostika mərkəzinin təməlqoyma mərasimində iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti