...

Lalə Şövkət: "Partyaların dövlət tərəfindən maliyyələşdirilməsi bir çox qaranlıq məqamlara aydınlıq gətirər"

Siyasət Materials 1 Mart 2006 16:42 (UTC +04:00)

"Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini məqsədəuyğun sayıram. Bu, həm də partiyalarla bağlı qaranlıq məqamlara aydınlıq gətirər, bir çox məsələlərə nöqtə qoyar". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərlə söhbətində Milli Birlik Hərəkatının lideri, "Azadlıq" blokunun həmsədri Lalə Şövkət bildirib. O, qeyd edib ki, Azərbaycanda neft gəlirləri getdikcə artır, dövlətin büdcəsi genişlənir və buna görə partiyaların maliyyələşdirilməsi üçün problem də yoxdur.

"Azadlıq" blokunun digər həmsədri, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu isə hesab edir ki, siyasi partiyalar öz dövləti tərəfindən maliyyələşərsə, xarici təsirlərdən, kənardan maliyyəçi qüvvələrdən də xilas olar. Həmçinin partiyalar sırf dövlət maraqlarına xidmət edər. ADP funksioneri bildirib ki, çoxpartiyalılıq demokratik cəmiyyətin əsas prinsiplərindən biri olduğu kimi, partiyalar da dövlət atributlarından biridir. Buna görə də dövlət onun vətəndaşlarının, cəmiyyətin problemlərinin həllinə çalışan siyasi partiyaları maliyyələşdirməlidir.

Xəbər lenti

Xəbər lenti