...

Müsavatçı deputatlar parlamentdə qrup yaradıblar

Siyasət Materials 1 Mart 2006 16:43 (UTC +04:00)

Milli Məclisin martın 1-də keçirilən yaz sessiyasının ilk iclasında müsavatdan olan millət vəkillərindən ibarət qrupun yaradıldığı elan edilib. Trend xəbər verir ki, bu barədə müsavatçı millət vəkili Nəsib Nəsibli bildirib.

N.Nəsibli qeyd edib ki, qurupu yartmaqlarında məqsəd fəaliyyətlərini əlaqələndirmək və təmsil etdikləri partiyanın prinsiplərini parlamentdə müdafiə etməkdir. Qrupda parlamentdə 4 (Nəsib Nəsibli, İkram İsrafil, İltizam Əkbərli və Arzu Səmədbəyli) müsavatçı millət vəkili ilə yanaşı Pənah Hüseyn də təmsil olunacaq.

N.Nəsibli onu da vurğulayıb ki, birgə fəaliyyət göstərməklə bağlı parlamentdə təmsil olan digər müxalifətçi millət vəkilləri ilə danışıqlar aparmaq niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti