...

AQB seçki bloku kimi fəaliyyətinə xitam verəcək

Siyasət Materials 1 Mart 2006 17:06 (UTC +04:00)

Azərbaycançı Qüvvələr Birliyi (AQB) seçki bloku fəaliyyətinə xitam verəcək. Bu barədə Trend ə adıçəkilən seçki blokunun təsisçilərindən olan İslam Partiyasının sədri Hacı Hacıağa Nuri bildirib.

Partiya sədri qeyd edib ki, AQB-yə daxil olan partiya rəhbərləri 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak etməməklə bağlı razılığa gəliblər. Lakin bu qərarı rəsmiləşdirmədiklərini deyən H.Nuri yaxın günlərdə bu barədə açıqlama verəcəklərini deyib. H.Nuri onu da bildirib ki, əgər AQB təkrar seçkilərə getmirsə, onda seçki bloku kimi fəaliyyətinə də ehtiyac yoxdur.

Qeyd edək ki, AQB seçki blokuna İslam Partiyası ilə yanaşı Birlik və Xalq Dirçəliş partiyaları da təmsil olunurlar. H.Nuri vurğulayıb ki, təkrar seçkilərə qədər bir araya gəlib blokun gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirəcəklər.

Xəbər lenti

Xəbər lenti