...

Martın 14-də təkrar seçkilərin təşviqat mərhələsinə start veriləcək

Siyasət Materials 2 Mart 2006 12:13 (UTC +04:00)

Bu il mayın 13-də keçiriləcək təkrar parlament seçkilərinin təşviqat mərhələsi martın 14-də başlayacaq. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seçkidə iştirak edən namizədlərin seçki sənədlərinin və imza vərəqələrinin dairə seçki komissiyalarına təhvil verilməsi mərhələsi martın 3-də başa çatır. Martın 13-də isə namizədlərin qeydə alınma müddəti başa çatacaq. Ertəsi gün namizədlərin təbliğat-təşviqatına start veriləcək. 10 dairə üzrə keçiriləcək təkrar seçkidə televiziya kanallarında namizədlərin pulsuz təşviqatı aparılmayacaq. Namizədlərin seçiciləri ilə görüşlərinə, plakat və digər təbliğat materiallarının yayılmasına şərait yaradılacaq.

Qeyd edək ki, seçkidə iştirak edənlərdən hələlik 3 nəfəri namizədliyini geri götürüb.

Xəbər lenti

Xəbər lenti