...

Dillər universitetində İsrail və ivrit araşdırmalar mərkəzi açılıb

Siyasət Materials 2 Mart 2006 13:40 (UTC +04:00)

Azərbaycan Dövlət Dillər Universitetində İsrail və ivrit araşdırmalar mərkəzi açılıb. Trend in xəbər verdiyi kimi, mərkəz İsrailin Azərbaycandakı səfirliyinin dəstəyi ilə yaradılıb.

Açılış mərasimində çıxış edən İsrailin Azərbaycandakı səfiri Artur Lenk bildirib ki, mərkəzin açılışı 2 dövlət və xalqın daha da yaxınlaşmasına şərait yaradacaq. "Bu, səfirliyin Bakıda açdığı sayca 2-ci mərkəzdir. Birinci mərkəz Bakı Dövlət Universitetində yaradılıb. Biz Azərbaycanın istənilən ali təhsil müəssisəsi ilə əməkdaşlığa hazırıq", - deyə səfir qeyd edib.

"Azərbaycan həmişə qonşu ölkələrlə balanslaşdırılmış siyasətin aparılmasının tərəfdarı olub, İsrail isə bu ölkənin ən yaxın qonşularından biridir", - deyə universitetin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov vurğulayıb. Onun sözlərinə görə, universitet İsrailin ali təhsil müəssisələri ilə tələbə və müəllim, elmi metodika mübadiləsi aparır və gələcəkdə bu münasibətlərin inkişafında maraqlıdır. Rektor qeyd edib ki, İsrail səfirliyi mərkəzin kompüterlərlə, lazımi avadanlıq və ədəbiyyatla təmin olunmasında yardım göstərib.

Xəbər lenti

Xəbər lenti