...

İqtisadi inkişaf nazirinin ikinci müavini təyin olunub

Siyasət Materials 2 Mart 2006 14:42 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Niyazi Abdulla oğlu Səfərov iqtisadi inkişaf nazirinin ikinci müavini təyin olunub. Trend in xəbər verdiyi kimi, bu barədə martın 2-də keçirilmiş mətbuat konfransında iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Qeyd edək ki, indiyədək İİN-də nazirin müavini vəzifəsini bir nəfər - Mikayıl Cabbarov tuturdu.

1959-cu il təvəllüdlü Niyazi Səfərov nazir müavini təyin olunanadək 1992-ci ildən ölkənin prezident aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin rəis müavini işləyib. O, Bakı Dövlət Universitetini bitirib, hüquqşünasdır.

Xəbər lenti

Xəbər lenti