...

ABŞ səfiri Elmar Hüseynovun ailəsinə başsağlığı verib

Siyasət Materials 2 Mart 2006 20:50 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş martın 2-də ölümündən bir il ötən tanınmış jurnalist Elmar Hüseynovun ailəsinə başsağlığı verib. Trend ABŞ-ın Bakıdakı səfirliyinin məlumatına istinadən bildirir ki, diplomat E.Hüseynovun "cəsarətli və istedadlı jurnalist" və "Azərbaycanda demokratiyanın səsi" olduğunu bəyan edib. Səfir Azərbaycan hökumətini jurnalistin ölümü ilə bağlı istintaqı davam etdirməyə və qatili mühakimə etməyə çağırıb.

ANS telekanalı bildirir ki, Azərbaycan rəhbərliyinə çağırışla ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi də müraciət edib. O, E.Hüseynovun qətlində əli olan şəxslərin tezliklə məhkəməyə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsinə çağırıb.

Xəbər lenti

Xəbər lenti