...

Naxçıvanda tikiləcək körpüyə 700 min ABŞ dolları vəsait xərclənəcək

Siyasət Materials 3 Mart 2006 13:47 (UTC +04:00)

Naxçıvan şəhəri ilə hava limanını brləşdirən Naxçıvan çayı üzərindəki körpü sökülür. Bu körpü vaxtilə bir avtomobilin keçməsi üçün tikilib. Körpünün 1 əsrdən çox yaşı olsa da, körpüdə çoxlu sayda avtomobil qəzaları baş verib. Hazırda körpünün təmirinə başlanıb. Tikinti işlərini "Uçar" LTD şirkətinin nəzdindəki "Gəmiqaya" tikinti təşkilatı aparır. Körpünün uzunluğu 150 m, eni isə 15 m 20 m olacaq. Hər iki tərəfdən isə insanların keçməsi üçün 1 m 50 sm gediş yolu olacaq. Körpünün tikintisində iki mühəndis və hələlik 15 fəhlə çalışır. Tikintiyə ümumi rəhbərliyi isə Türkiyədən dəvət olunmuş mühəndis Hilmi Omuzlu edir. Hilmi bəy "Trendə" onu da bildirib ki, körpü indiki vəziyyətindən 50 sm hündürlüyə qaldırılacaq. Dörd avtomobilin hərəkət edəcəyi bu körpü 7 ədəd beton dayaqla bərkidiləcək və 6 aya kimi tikinti başa çatacaq. Körpü ən müasir körpü olacaq. Tikintiyə işləniləcək bütün materialları isə şirkət özü gətirir. Bu körpüyə 700 min ABŞ dolları vəsait xərclənəcək.

Xəbər lenti

Xəbər lenti