...

Dünya bankı Naxçıvan kəndlərinə 1 milyard 790 milyon manat qısamüddətli kredit verib

Siyasət Materials 3 Mart 2006 13:48 (UTC +04:00)

Dünya bankının "Azərbaycanın kənd investisiyası" layihəsi, kənd təsərrüfatının inkişafı üzrə Beynəlxalq Fondun "Dağ və yüksək dağlıq ərazilərinin inkişaf etdirilməsi" proqramı çərçivəsində Şahbuz rayonunun kəndlərinin 1219 nəfər sakini 1 milyard 790 milyon manat qısamüddətli kredit alıb. Bu kreditin müxtəlif təyinatlar üzrə xərclənməsi təmin olunub. Vəsaitin 1 milyard 127 mln manatı heyvandarlığın, 381 mln manatı bitkiçiliyin inkişaf etdirilməsinə ayrılıb. 282 mln manat isə məhsuldar toxum sortlarının alınmasına sərf edilib. Məlumatı "Trendə" NMR kənd təsərrüfatı nazirliyinin mətbuat xidməti verib.

Xəbər lenti

Xəbər lenti