...

Ukraynanın səfiri diqqəti ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafına yönəltmək niyyətindədir

Siyasət Materials 3 Mart 2006 15:54 (UTC +04:00)

Ukrayna ilə Azərbaycan arasında hər iki xalqın rifahı naminə faydalanmalı olan ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafı üçün böyük potensial vardır. Bu barədə Trend ə Ukraynanın Azərbaycana yeni təyin edilmiş səfiri Stepan Volkovetski bəyan edib.

Onun sözlərinə görə, bu, ilk növbədə energetika ticarət, bəzi sahələrdə mal dövriyyəsinin artırılması və digər məsələlərdir. Diplomat faydalanmağa doğru, yəni son dərəcə müsbət istiqamətdə addımların atılması tərəfdarıdır. Səfir qeyd edib ki, bütün bu məsələlər Ukrayna prezidentinin Azərbaycana gözlənilən səfəri zamanı yüksək səviyyədə keçiriləcək qarşıdakı danışıqlarda da diqqət mərkəzində olacaq. O, qeyd edib ki, hazırda səfərə hazırlıq işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti