...

Azərbaycan prezidentinin Yaponiyaya səfəri gedişində imzalanacaq sənədlər razılaşdırılıb

Siyasət Materials 3 Mart 2006 16:44 (UTC +04:00)

Martın 7-10-da Azərbaycan prezidenti İ.Əliyevin Yaponiyaya səfəri gedişində imzalanacaq sənədlər razılaşdırılıb. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər gedişində tərəflər 3 sənədi imzalayacaqlar. XİN-dən verilnə məlumatda bildirilir ki, onlar iki ölkənin Xarici İşlər Nazirlikləri arasıfnda əməkdaşlıq barədə Memorandum və Texniki yardım barədə Razılaşmadır. Bununla yanaşı, Azərbaycan prezidenti İ.Əliyevlə Yaponiyanın baş naziri Dzyuintiro Koidzuminin arasında aparılan danışıqların yekunu üzrə birgə bəyannamə imzalanacaq.

Xəbər lenti

Xəbər lenti