...

Cəncədə ötən ilin yekunlarına həsr edilən yığıncağ keçirildi

Siyasət Materials 3 Mart 2006 16:52 (UTC +04:00)

Bu cün Cəncə şəhər icra hakimiyyətində ötən ilin yekunlarına həsr edilən fəalların yığıncağı keçirilib. Tədbirdə şəhər içtimayyətinin nümayəndələri, icra hakimiyyətinin başçısı Eldar Əzizov, prezident aparıtının içtimai siyasi şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri və dicər məsul şəxslər iştirak edib. İlk olaraq ötən ilin yekunları haqda məlumat verilib. İcra hakimiyyətinin başçısının müavini İlham Əliyev məruzəsində 2005-ci ildə cörülən işlər və nöqsanları diqqətə çatdırıb. Daha sonra isə icra hakimiyyətinin başçısı Eldar Əzizov bəzi məmurlardan hesabat tələb edib. İqtisadi İnkişaf Nazirliyinin Qərb bölcəsi üzrə sədri Azər Muradova xəbərdarlıq edilib.

Əgər işində irəliləyiş olmazsa yaxın vaxtlarda onun haqqında tədbir cörüləcəyi söylənilir. Müzakirə olunan məsələlərin əsası isə təhsillə bağlı idi. Bildirlib ki, şəhərin orta məktəblərində qanunsuz olaraq şacirdlərdən pul yığılır və müəllimlərin əmək haqlarından müəyyən qədər məbləğ tutulur ki, bunun da təhsil idarəsinin rəisinin payı olduğu bildirilir.

Tədbirdə həmçinin şəhərin 16 saylı orta məktəbinin ünvanınıa da mənfi fikirlər səsləndirilib. Məktəb direktoru Rəna Ələkdərovanın uşaqlardan təmir üçün pul yığdığı bildrilib. Cəncə şəhər Təhsil İdarəsinin rəisi Cəlal Fətullayev isə baş verənlərlə bağlı heç bir açıqlama verməyib. Eldar Əzizov bu məsələləri araşdırmaq üçün xüsusi komisiyanın yaradılması üçün cöstərişini verib. Yığıncağda həmçinin, Kəpəz və Nizami rayon polis idarələrinin rəisləridə tənqid olunub. Nizami rayon Polis idarəsinin rəisi AğaHüseyn Məmmədov sonuncu xəbərdarlıq edildi. Əcər onun ərazisində torpaq alveri sona çatmazsa yaxın vaxtlarda onun işdən azad ediləcəyi və barəsində ciddi tədbir görüləcəyi vurğulanıb. Şəhərin səhiyyə sistemidə diqqətdən kənar qalmadı.

Doğum evlərində və 3 saylı təcili tibbi yardım xəstəxənasında baş verənlər barədə məlumat verildi.

Dəhşətli fakt orası idi ki, labaratoriyalarda analiz aparmaq üçün heç bir maddə olmadığı halda xəstələrə labarator analiz haqqında cavab kağızı verilir. Və bu kağıza əsasəndə xəstələrə müalicə kurs təyin edilir. Bütün bu baş verənlərin hansı səbəbdən yarndığı soruşulanda isə 3 saylı xəstəxananın baş həkimi Fəridə Abdullayeva cavab verməyib. Səhiyyə idarəsinin yeni sədrinə tapşırılıb ki, işində dönüş yaratsın. Və Cəncə səhiyəsinin dirçəldilməsi üçünü tədbirlər həyata keçirtsin.

Xəbər lenti

Xəbər lenti