...

Azərbaycan prezidenti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyətini qəbul edib

Siyasət Materials 3 Mart 2006 17:11 (UTC +04:00)

Martın 3-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) nümayəndə heyətini qəbul edib.

Trend in verdiyi xəbərə görə, dövlət başçısı bu yaxınlarda Azərbaycan hökuməti ilə ÜƏMT arasında imzalanan razılaşmanı tərəflər arasındakı münasibətlərdə irəliyə doğru ciddi addım kimi qiymətləndirib. "Uzun illər ölkəmiz mülkiyyətin ümumiyyətlə qiymətləndirilmədiyi başqa sistemdə yaşayıblar. O zaman yalnız dövlət mülkiyyəti var idi və hamı dövlətə tabe idi. Hazırda Azərbaycan müstəqildir və o, bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edir", -deyə o bildirib.

ÜƏMT-nın baş direktoru Kamil İdris bildirib ki, imzalanmaq üçün nəzərdə tutulan sənədin yerinə ytirilməsinin bütün tələbi ondan ibarətdir ki, bu, xalqın, ölkənin və hökumətin maraqlarına xidmət etsin.

İ.Əliyev bu sənədin təşkilatla möhkəm hüquq çərçivəsində əməkdaşlığın davam etdirilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti