...

Gültəkin Hacıyeva: "Avropa Şurasının Monitorinq Komitəsində millət vəkillərimiz məruzəçilərlə fikir mübadiləsi aparacaq"

Siyasət Materials 3 Mart 2006 17:36 (UTC +04:00)

"Avropa Şurasının Monitorinq Komitəsinin martın 8-də keçiriləcək iclasında məruzəçilərlə fikir mübadiləsi aparacağıq". Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva bildirib.

G.Hacıyeva onu da qeyd edib ki, müzakirəyə çıxarılacaq mövzular yalnız Azərbaycandakı ictimai-siyasi vəziyyət, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək seçkilərə hazırlıqla bağlı olacaq. Millət vəkili bildirib ki, bu məsələlərlə bağlı gündəlik monitorinq komitəsində təsdiq olunub. G.Hacıyeva onu da vurğulayıb ki, fikir mübadiləsində Azərbaycanı AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, üzvlərdən Aydın Abbasov və bir də onun özü təmsil edəcək.

Millət vəkili qeyd edib ki, Monitorinq Komitəsində fikir mübadiləsinin nəticəsi olaraq heç bir sənəd qəbul olunmayacaq: "Ola bilər ki, iclasda məruzəçilərlə yanaşı komitənin digər üzvləri də iştirak edib bu məsələlərlə bağlı bizə suallar versinlər".

Xəbər lenti

Xəbər lenti