...

Nurəddin Aras: Ermənistanla sərhədlərin açılmasını dəstəkləməyimiz müzakirə belə oluna bilməz

Siyasət Materials 3 Mart 2006 18:00 (UTC +04:00)

"İqdır hər zaman Azərbaycanın yanında olacaq. Azərbaycanın marağına zidd vəziyyət olduğu təqdirdə Ermənistanla sərhədlərin açılmasını dəstəkləməyimiz müzakirə belə oluna bilməz". Bu sözləri Türkiyənin Ermənistanla həmsərhəd İqdır vilayətinin bələdiyyə başçısı Nurəddin Aras Trend ə bəyan edib.

"10 il əvvəl bu məsələdə mövqeyimiz necə olubsa, indi də elədir. Ancaq bu gün Azərbaycan torpaqları işğal altındadır. 1 milyon azərbaycanlı qaçqın var. Ermənistan Türkiyənin 11 vilayətini xəritəsində öz ərazisi kimi göstərdiyi, Konstitusiyasında torpaq tələblərini irəli sürdüyü, övladlarına bu torpaqlar uğrunda mübarizə aparmağı təbliğ etdikləri halda, biz sərhədlərini açılmasına, əsla, razı ola bilmərik".

Nurəddin Aras :"Yalnız Azərbaycanın maraqlarına uyğun razılaşma əldə olunduğu halda, sərhədlərin açılmasını düşünə bilərik".

Xəbər lenti

Xəbər lenti