...

Göytəpə sərhəd dəstəsində baş vermiş partlayışla əlaqədar istintaq materialları Lənkəran Hərbi Prokurorluğundan Respublika Hərbi Prokurorluğuna göndərilib

Siyasət Materials 3 Mart 2006 18:21 (UTC +04:00)

Fevralın 3-də Göytəpə sərhəd dəstəsinin kassir otağında kassir Firudin Cəfərovun həlak olmasıyla nəticələnən partlayışla əlaqədar başlanmış cinayət işinin materialları Lənkəran şəhər Hərbi Prokurorluğundan Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən icraata götürülüb. Bu barədə Trend ə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov məlumat verib.

"Faktla əlaqədar Lənkəran şəhər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2 (silahla, ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma) cinayət işi qaldırılmışdı. İş üzrə təyin edilmiş ballistik ekspertiza başa çatıb və ekspertizanın rəyinə görə, partlayışa səbəb qumbara olub. Belə ki, qumbara Firudin Cəfərovun əlində partlayıb" - deyə Ə.Təhməzov bildirib.

Faktla əlaqədar Lənkəran şəhər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2 (silahla, ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma) cinayət işi qaldırılsa da nə şübhəli, nə də şahid qismində işə cəlb olunan yoxdur. Çünki hadisə baş verərkən hərbi hissədə sıra düzümü keçirildiyi üçün F.Cəfərov iş otağında tək olub.

Faktla əlaqədar istintaq hərəkətləri davam etdirilir. Əgər qanunvericilikdə nəzərdə tutulan istintaq müddəti dövründə faktla bağlı şubhəli məqamlar ortaya çıxmasa, cinayət işinə xitam veriləcək.

Xəbər lenti

Xəbər lenti