...

Misir Mərdanov: Yaxın 3-4 il ərzində Azərbaycanda 300-ə yaxın məktəbin tikintisi planlaşdırılır

Siyasət Materials 4 Mart 2006 14:01 (UTC +04:00)
Misir Mərdanov: Yaxın 3-4 il ərzində Azərbaycanda 300-ə yaxın məktəbin tikintisi planlaşdırılır

Yaxın 3-4 il ərzində Azərbaycanda 300-ə yaxın məktəbin tikintisi planlaşdırılır. Trend in məlumatına görə, bu barədə martın 4-də Azərbaycanın təhsil naziri Misir Mərdanov mətbuat konfransıda bildirib.

Onun sözlərinə görə, məktəblər Təhsil Nazirliyinin proqramı çərçivəsində tikiləcək. Belə ki, 2006-cı ildə təkcə "Məktəb tikintisi proqramıvP çərçivəsində ölkədə 35 məktəbin tikintisi başa çatdırılacaq. "Regionların sosial-intğisadi inkişafının sürətləndirilməsi proqramı" çərçivəsində ölkənin 14 regionunda 16 məktəbin tikintisinə başlamaq planlaşdırılıb, "Bakı və Abşeronda məktəblərin tikintisi proqramı" çərçivəsində isə 18 məktəb tikiləcək. Proqrama görə, paytaxtda və Abşeronda daha 22 məktəb yanınd 10564 şagird yeri üçün əlavə korpuslar tikiləcək.

Bu il cəmisi 5-6 proqram çərçivəsində ölkədə 150 məktəbin tikilməsi planlaşdırılır. Ayrıca olaraq, Heydər Əliyev Fondunun "Yeniləşməkdə olan Azərbaycana - yeni məktəblər" proqramı çərçivəsində ölkənin regionlarında 77 yeni məktəb, 22 məktəb yanında əlavə korpusların tikiləcək, 11 məktəb əsaslı təmir olunacaq.

Nazirin sözlərinə görə, Nazirliyin xətti ilə 2006-cı ildə son 20 ildə ilk dəfə olaraq 12 məktəbəqədər müəssisənin tikintisi planlaşdırılıb.

M.Mərdanovun sözlərinə görə, bu il "Məktəblərin məktəb avadanlıqları ilə təchizatı", "Kadrlarla təminatı" və digər proqramların reallaşdırılması davam etdiriləcək. Bu il birinci proqramın reallaşdırılması üçün dövlət büdcəsindən 6,5 mln. manat vəsait ayrılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti