...

Stiven Mənn: "Praqa prosesinin sonuna inanmıram"

Siyasət Materials 4 Mart 2006 15:36 (UTC +04:00)
Stiven Mənn: "Praqa prosesinin sonuna inanmıram"

"Praqa prosesinin sonuna inanmıram. Hesab edirəm ki, razılaşma əldə etmək üçün bizim hələ də ümidimiz və imkanımız var. Lakin vaxt azdır". Trend in xəbər verdiyi kimi, bu barədə "AzərTac"a musahibəsində ATƏT-in Minsk qrupaunun həmsədri Stiven Mənn bəyan edib.

Rambuye danışıqlarından söz açan diplomat bildirib ki, hər iki tərəf böyük irəliləyişlər əldə edib. Amma bununla yanaşı, həll olunmamış bir sıra ciddi məsələlər mövcuddur. Lakin biz elə bilirdik ki, Rambuyedə boşluqları aradan qaldıraraq irəli gedəcəyik. Bu, baş vermədi. Biz bundan təəssüflənirik".

Onun sözlərinə görə, hər iki müunaqişə tərəfində ciddi və qətiyyətli insanlar təmsil olunub. Ona görə, hələ də ümidliyəm ki, ixtiyarımızda olan vaxt ərzində irəliyə gedə bilərik. Iaxtla mən nəyi nəzərdə tuturam? Məncə, ilin sonuna yaxın hər iki ölkə siyasi mövsümə daxil olacaqdır. Ermənistanda parlament, Azərbaycanda prezident seçkiləri gözlənilir. Bu bir faktdır ki, daxili siyasi debatlarla rastlaşan hökumətlər üçün danışıqlarda irəli getmək çətin yox, qeyri-mümkündür. Ona görə, həmsədrlər inanırlar ki, razılaşmanı indi əldə etmək lazımdır. Əgər 2006-cı ildə razılaşma əldə olunmasa, tərəfləri bu qədər dərin danışıqlar səviyyəsinə çatdırmaq üçün bir neçə il gözləməli olacağıq.

Vaşinqtonda aparıacaq danışıqlarda bağlı S.Mənn qeyd edib ki, bu, vasitəçilərin növbəti məsləhətləşmələrindən biridir. Bu görüş bizə Rambuyedə baş verənləri dərindən qiymətləndirmək və prosesdə gələcək addımlarımızı müəyyənləşdirmək üçün imkan verəcək.

O, tərəflərin kompromisə gəlməsinin vacibliyini vurğulayıb. "Buna görə də biz elə mərhələdəyik ki, vəziyyəti yaxşıya doğru dəyişmək üçün təkcə nazirlərin yox, həm də xalqların iradəsinə ehtiyacımız var".

Xəbər lenti

Xəbər lenti