...

Səməd Seyidov: "Monitorinq Komitəsinin iclasında təkrar seçkilərə hazırlıqla bağlı məlumatlar dinləniləcək"

Siyasət Materials 6 Mart 2006 12:03 (UTC +04:00)
Səməd Seyidov: "Monitorinq Komitəsinin iclasında təkrar seçkilərə hazırlıqla bağlı məlumatlar dinləniləcək"

Martın 8-də Avropa Şurasının Monitorinq Komitəsinin iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Avropra Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

O qeyd edib ki, Monitorinq Komitəsinin iclasında digər məsələlərlə yanaşı 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə hazırlıq müzakirə olunacaq. "Azərbaycanı Monitorinq Komitəsinin üzvləri, millət vəkillərindən Gültəkin Hacıyeva, Aydın Abbasov və bir də mən təmsil edəcəm"- deyən S.Seyidov iclasda yalnız fikir mübadiləsinin aparılacağını və Azərbaycanın təkrar seçkilərə necə hazırlığı barədə onların məlumatlarının dinləniləcəyini bildirib.

Monitorinq Komitəsindən isə məruzəçilərlə yanaşı digər üzvlərin də iclasda iştirakını istisna etməyən S.Seyidov dinləmələrdə hər hansı bir sənədin qəbul edilməyəcəyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti