...

Azər Hüseyn: "Azərbaycan prezidentinin Yaroniyaya rəsmi səfər proqramı razılaşdırılıb"

Siyasət Materials 6 Mart 2006 12:28 (UTC +04:00)
Azər Hüseyn: "Azərbaycan prezidentinin Yaroniyaya rəsmi səfər proqramı razılaşdırılıb"

Prezident İlham Əliyevin martın 7-10-da Yaponiyaya rəsmi səfərinə hazırlıq işləri başa çatıb. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn məlumat verib.

Onun sözlərinə görə, səfər proqramı çox dolğundur. İ.Əliyevi və onu müşayiət edəcək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı Yaponiyanın imperatoru Akihito və imperatriça Mitiko qəbul edəcək.

Ölkənin baş naziri Dzüintiro Kiodzumi ilə geniş tərkibdə danışıqlar aparılacaq və ikitərəfli sənədlər imzalanacaq.

Səfir qeyd edib ki, hər iki ölkənin xarici işlər nazirləri arasında əməkdaşlıq haqqında memorandumun və texniki yardıma dair sazişin imzalanması planlaşdırılır. Bundan başqa İ.Əliyev və Yaponiyanın baş naziri Dzüintirio Kiodzumi danışıqların yekunları üzrə birgə bəyannamə imzalayacaq.

Rəsmi danışıqlarla yanaşı bir sıra görüşlər də planlaşdırılıb. Səfirin sözlərinə görə, İ.Əliyev Yaponiyanın görkəmli siyasi xadimlərinin, işgüzar dairələrinin nümayəndələrinin və xarici ölkələrin səfirlərinin iştirakı ilə Beynəlxalq münasibətlər institutunda mühazirə oxuyacaq. Prezident, həmçinin, Yaponiyanın bir sıra iri şirkətlərinin rəhbərləri, Yaponiya-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşəcək, Azərbaycanın bu ölkədəki yeni səfirliyinə baş çəkəcək.

A.Hüseynin məlumatına görə, səfər çərçivəsində açılışında İ.Əliyevin çıxış edəcəyi biznes-forum təşkil olunacaq. Forumda hər iki ölkədən təxminən 150 biznesmenin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti