...

Azərbaycanın Sudiyyə Ərəbistanındakı səfirliyi Krallığın yüksək ordeni ilə mükafatlandırılıb

Siyasət Materials 6 Mart 2006 13:21 (UTC +04:00)

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin yaranması və inkişafında xidmətlərinə görə Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səlahiyyətli və Fövqəladə səfiri Elman Araslı Səudiyyə Ərəbistanı Krallığının yüksək ordeni ilə təltif olunub. Səfirliyin müşaviri Müslüm İmanzadənin Trend ə verdiyi məlumata görə, kral Abdulla Ben Əbdül Əziz əl-Səudun təltif etdiyi İki Müsəlman Şəhərinin xadimi ali ordenini səfirə təntənəli şəraitdə

Krallığın xarici işlər naziri əmir Səul əl-Feysəl təqdim edib.

Səfirin diplomatik fəaliyyətinin başa çatması münasibətilə keçirilən mərasimdə Krallığın XİN rəhbəri son illər mütəmadi xarakter alan Azərbaycan -Səudiyyə əlaqələrinin fasiləsiz inkişafından məmnunluğunu ifadə edib. Azərbaycan prezidenti İlham Əliyevin əlaqələrin inkişafına yeni təkan verən ötən ilin mart ayında səfəri xüsusi qeyd olunub.

Səfir H.Araslı mükafata görə təşəkkürünü bildirib və ona Azərbaycan xalqına və onun rəhbərliyinə göstərilən hörmət kimi baxdığını və hər iki dövlətin Azərbaycan-Səudiyyə əlaqələrinin gələcək inkişafına cəhd kimi qeyd edib.

Bundan əvvəl isə səfir diplomatik fəaliyyətinin sona yetməsi ilə əlaqədar vəliəhd şahzadə, müdafiə və aviasiya naziri Sultan Əbdül Əziz və Krallığın digər rəhbərləri tərəfindən qəbul edilib, ölkənin rəsmi, ictimai və işgüzar dairələrində bir sıra görüşlər keçirib.

Qeyd edək ki, E.Araslı peşəkar diplomatdır. O, son 12 il ərzində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri işləyib. Eyni zamanda, o, Bəhreyndə, Qətərdə və Omanda akkreditə olunub və İslam Konfransıf Təşkilatının Azərbaycandakı daimi nümayəndəsidir.

Xəbər lenti

Xəbər lenti