...

Xanlarda ötən ilin hesabat yığıncağı keçirilib

Siyasət Materials 6 Mart 2006 15:57 (UTC +04:00)

Bu gün Xanlar rayonunda ötən ilin yekunlarına həsr edilmiş yığıncaq keçirilib. Trend in bölgə müxbiri bildirir ki, tədbirdə qərb bölgəsinin 5 rayonunun kuratoru kimi Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da iştirak edib. Öncə ictimaiyyətin müxtəlif nümayəndələri ilə keçirdiyi görüşlərdən sonra tədbirə təşrif buyuran nazir çıxışında rayondakı saysız-hesabsız problemlərin olduğunu bildirən hökumət rəsmisi acınacaqlı vəziyyəti yaradan səbəbləri araşdıracağını deyib. Heydərov ilk öncə rayonun işıq və qaz sistemi ilə təchizindən tez-tez yaradılan məhdudiyyətlərdən narazı qaldığını söyləyib.

Və aidiyyatı orqanların nümayəndələrinə bu ilin payızınadək Xanlarda sözü gedən sahələrdə problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirilməsini bildirib. Tədbirdə rayonda təhsil sisteminin də bərbad vəziyyətdə olduğu vurğulanıb. Hacıməlik və Nadel kəndlərində orta məktəblərdə tədrisin səviyyəsinin aşağı olduğu söylənilib.

Xəbər lenti

Xəbər lenti