...

Fazil Qəzənfəroğlu: Böyük Quruluş Partiyası "Siyasi partiyalar haqqında" qanun layihəsi üzərində işləyir

Siyasət Materials 6 Mart 2006 16:32 (UTC +04:00)

"Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı Böyük Quruluş Partiyası Milli Məclisə təqdim etmək üçün sənəd üzərində işini yekunlaşdırmaq üzrədir. Bu barədə "Trendə" adıçəkilən partiyanın sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

F.Qəzənfəroğlu siyasi partiyaların maliyyələşməsi məsələsi ilə bağlı iş apardıqlarını da qeyd edib. Maliyyələşmənin fəlsəfəsinin onlara aydın olduğunu deyən millət vəkili hüquq standartlarına uyğunlaşdırma məsələsi üzərində fikirləşdiklərini bildirib: "Hesab edirəm ki, bu həftə ərzində bunu da yekunlaşdıracağıq".

Partiya sədri qeyd edib ki, hazırladıqları sənəddə partiyaların dövlət büdcəsindən maliyyələşməsi göstərilib: "Biz düşünürük ki, parlamentdə təmsil olunan partiyalar və seçkilərdə 50 mindən artıq səs toplayan partiyalar maliyyələşə bilər". Millət vəkili onu da bildirib ki, onların hazırladığı sənəd mövcud reallıqlarla tənzimlənib. F.Qəzənfəroğlu bildirib ki, 2010-cu ildə isə yalnız parlamentdə təmsil olunan partiyaların maliyyələşməsinin tərəfdarıdırlar.

Xəbər lenti

Xəbər lenti